Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Kiyevin, Moskvanın və avropalı tərəfdaşların mövqelərinin yaxınlaşdırılması şərti ilə Ukrayna Prezidenti Volodimir Zelenski və Vladimir Putinlə görüş keçirə biləcək.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox Business” telekanalına müsahibəsində deyib.
Rubionun sözlərinə görə, ABŞ ilk dəfə olaraq “Rusiyanın müharibəni bitirmək üçün nə istəyəcəyinə dair açıq siqnallar” alıb. Lakin o, Kremlin şərtlərinin nədən ibarət olduğunu açıqlamayıb.
"Rusiyanın hansı şərtlər əsasında müharibəni dayandırmağa hazır olduğunu daha yaxşı başa düşürük. İndi biz bunu avropalıların və ukraynalıların nəyə razı olacağı ilə müqayisə etməliyik. Biz bu mövqeləri bir-birinə necə yaxınlaşdıracağımızı düşünməliyik. Əgər rusların və ukraynalıların istədiklərini kifayət qədər yaxınlaşdıra bilsək, o zaman Prezident həm Putin, həm də Zelenski ilə görüş keçirə biləcək".
Dövlət katibi qeyd edib ki, məsələnin həllində ərazi məsələləri əsas ola bilər. Bununla yanaşı, danışıqların hansısa məqamında atəşkəs əldə edilməlidir.
Bu arada Amerika mediasının yazdığına görə, Tramp gələn həftə Putinlə şəxsi görüş keçirməyi, daha sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli danışıqlara başlamağı planlaşdırır.
“Fox News”un məlumatına görə, Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa hansısa məqamda Amerika lideri Donald Trampla görüşmək istədiyini deyib.
Trampın özü isə bildirib ki, Zelenski və Putinlə görüşün baş tutması üçün “çox yaxşı şans” var.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.