AZ

Mobil rabitə sektorunun gəlirləri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 597,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əldə olunan gəlirlərin həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2 faiz və ya 11,8 milyon manat artıb.

Cari ilin may ayı ilə müqayisədə isə iyunda bu göstərici 5,7 faiz və ya 5,8 milyon manat artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 33,9 faizini təşkil edib.

Seçilən
33
vergiler.az

1Mənbələr