AZ

Tramp elan etdi - Bakı vaxtı ilə saat 08:00-dan...

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun imzaladığı “qarşılıqlı tariflər” avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə saat 08:00-da) qüvvəyə minib.

Gundem.az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb.

"Tariflər gecə yarısı qüvvəyə minir", – deyə Tramp bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, yeni idxal rüsumları ABŞ iqtisadiyyatına müsbət təsir göstərəcək və illərdir ticarət əlaqələrində Vaşinqtondan sui-istifadə edən ölkələrdən "milyardlarla dollar" vəsaitin cəlb olunmasına imkan yaradacaq.

Qeyd edək ki, avqustun 1-də Tramp tərəfindən imzalanmış sərəncamla 60-dan çox ölkə və Avropa İttifaqından idxal olunan məhsullara 15%-dən 41%-qədər tariflər tətbiq olunacaq. Ən yüksək tariflər Suriyaya (41%), Laosa (40%), Myanmaya (40%), İsveçrəyə (39%), İraqa və Serbiyaya (hər ikisinə 35%) şamil edilib. /Musavat.com

Seçilən
26
2
gundem.az

3Mənbələr