Finss.az - 7 avqust 2025-ci il tarixində dünya birjalarında qiymətli metalların qiymətləri müxtəlif istiqamətdə dəyişib.
Qızılın spot qiyməti 0,3 faiz artaraq 3 378,18 ABŞ dolları səviyyəsinə yüksəlib. Gümüşün qiyməti də 0,5 faiz bahalaşaraq 37,85 dollara çatıb. Platin isə 0,4 faiz ucuzlaşaraq 1 316,35 ABŞ dolları təşkil edib. Palladiumun qiyməti isə 1,3 faiz artımla 1 188,90 dollar olub.
Qiymət artımı əsasən ABŞ ilə Hindistan arasında ticarət gərginliyinin artması və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqələndirilir.