BAKI, 7 avqust. TELEQRAF
"İnnovasiya və Təchizat Mərkəzi " Publik Hüquqi Şəxsi bir sıra tibb müəssisələri üçün laboratoriya testlərinin alınmasına 4 müqavilə üzrə toplam 41 milyon 292 min 433 manat vəsait xərcləyəcək.
Teleqraf xəbər verir ki, Mərkəz bununla bağlı “Spektr Med” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılaşıb.
7, 10 və 3 tibb müəssisəsi üzrə hemoqram, koaqulloqram, immunohematoloji, sidiyin ümumi analizi, PZR müayinələri və digər testlərin satın alınmasına ümumilikdə 36 milyon 256 min 829 manat vəsait ayrılıb. İşlərə iyunun 21-də başlanılıb və 2028-ci ilin iyunun 21-dək davam edəcəyi gözlənilir.
Həmçinin Respublika Pediatriya Mərkəzi üçün laboratoriya testlərinin təminatına isə 5 milyon 35 min 603 manat vəsait xərcləniləcək. Müvafiq işlərin icrasına ötən ilin dekabrın 29-da başlanılıb və 2027-ci ilin dekabrın 29-a qədər bitməyi planlaşdırılır.
Qeyd edək ki, “Spektr Med” MMC-nin qanuni təmsilçisi Eynullayev Cahangir Arif oğludur. Şirkətin nizamnamə kapitalı 30 manat təşkil edir.