AZ

108 minə yaxın aparat 15,2 milyard manat dövriyyəni qeydə alıb

İndiyədək ölkə ərazisində 107 min 755 ədəd belə yeni nəsil nəzarət-kassa aparatı (NKA)  quraşdırılıb.

Bu barədə Marja.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar – iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190 milyon 580,2 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard  manatdan, yaxud 11,5 faizdən çoxdur.

Seçilən
78
marja.az

1Mənbələr