"Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu məlum olub.
QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Feyha" komandasına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PRO liqa təmsilçisi əlcəzairli futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Benzia ərəb klubuna azad agent qismində keçib.
Qeyd edək ki, Benzia 2023-2025-ci illərdə “Qarabağ”da oynayıb.