“Neftçi” komandadan ayrılmaq istəyən Rza Cəfərovla bağlı qərarını verib.
İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” oyunçunun getməsinə izn vermir. Rəhbərlik Cəfərov üçün gələn təklifləri geri çevirib. Millimizin qapıçısı növbəti mövsüm də “Neftçi”də çıxış edəcək.
Gənc qolkiper daha öncə komandadan ayrılmaq istəyirdi. Buna səbəb heyətə əcnəbi oyunçu Kenan Piriçin cəlb edilməsi olub. Millimizin üzvü ehtiyatda qalmaq istəmədiyini baş məşqçi Samir Abasova da bildirmişdi.
Ancaq təcrübəli mütəxəssis Cəfərova kimin heyətcə cəlb edilməsindən asılı olmayaraq, layiq olanın meydana çıxacağını söyləyib. Bu da nisbətən azərbaycanlı futbolçunu fikrindən daşındırıb.