AZ

Hərbçilərimiz Gürcüstanda NATO təlimindədilər

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "Agile Spirit - 2025" təlimində müşahidəçi qismində iştirak edir.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən "Agile Spirit - 2025"in hava desant birliklərinə aid komponenti isə Türkiyədə icra olunub.

Təlimin məqsədi Qara dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.

Seçilən
89
36
hafta.az

10Mənbələr