Komo “Barselona”nın qapıçısı İnyaki Penyanı transfer etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas keçmiş klubunun futbolçusu ilə razılığa gəlməyə yaxındır. 26 yaşlı ispaniyalının özü italyanlara qoşulmağa hazırdır.
2024/25 mövsümündə Pena bütün yarışlarda 23 matçda 25 qol buraxıb, 7 qolda qapısını qola bağlayıb.
Onun “Barselona” ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.