Bunu Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri deyib. O bildirib ki, müşahidələri əsasında qruplarda bu ixtisaslara çox maraq olacağını deyə bilər:

“Bu, III ixtisas qrupunda hüquqşünaslıqdır. Xüsusən bu ixtisasa bu il olan maraq ötən illərə nisbətdə kəskin şəkildə artıb. Həmçinin bu qrupda beynəlxalq münasibətlərə və bəzi pedaqoji ixtisaslara maraq artıb. Pedaqoji ixtisaslarda balların artması onunla əlaqədardır ki, plan yerlərinin azalacağı gözlənilir.
II qrupda yenə də iqtisadi yönlü ixtisaslardır. I ixtisas qrupunda riyaziyyat-informatika alt qrupuna aid olan kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi kimi ixtisaslardır. Bunların daha çox ingilis dili bölmələrinə maraq var və balların artacağı gözlənilir.
IV qrupda məlumdur ki, tibb ixtisaslarına maraq olacaq. Ümumilikdə isə V ixtisas qrupundan başqa heç bir qrupda kəskin bal artımı görməyəcəyik, buna tam arxayın ola bilərik".
Cavidan Mirzəzadə
Demokrat.az