“Sabah” UEFA Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda səfərdə “Levski” (Sofiya) klubu ilə üz-üzə gələcək. Görüş “Georgi Asparuxov” stadionunda baş tutacaq.
25 min azarkeş tutumuna mailk arenada keçiriləcək matça bilet satışı davam edir. Qarşılaşma üçün 15 min bilet satışa çıxarılıb və onların hamısının alınacağı gözlənilir.
“Levski” təmsilçimizə qarşı ciddi azarkeş dəstəyi ilə mübarizə aparacaq. Ancaq “Sabah” da səfərdə dəstəksiz qalmayacaq.
Tribunada 20-dən çox həmyerlimiz komandamızı qələbəyə səsləyəcək.
“Levski” – “Sabah” görüşü bu gün saat 22:00-da start götürəcək.
İdmanxeber.az