AZ

İlham Əliyevin ABŞ yə səfəri münasibətlərin yenidən dirçəldiyinin əyani göstəricisidir RƏY

ain.az bildirir, Baku.ws portalına istinadən.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan lideri İlham Əliyevin Birləşmiş Ştatlara gözlənilən səfəri təkcə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yeni mərhələyə keçməsi baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik müstəvisində böyük strateji əhəmiyyət daşıyır.

BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Donald Trampın prezident seçilməsindən sonra Bakı–Vaşinqton münasibətlərində yeni dinamika formalaşmaqdadır:

"Bayden administrasiyası dövründəki gərginlikdən fərqli olaraq, hazırda qarşılıqlı etimad və siyasi dialoq mühiti hökm sürür. Prezident İlham Əliyevin səfəri bu münasibətlərin yenidən dirçəldiyinin və tərəflər arasında strateji əməkdaşlığın genişləndiyinin əyani göstəricisidir".

Səbinə Salmanova

Deputat səfərin əsas gündəliyinin iki əsas istiqamət təşkil etdiyini təxmin edib:

"Birincisi, Azərbaycan və ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləridir. ABŞ Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat layihələrində vacib tərəfdaşlarından biri olaraq qalır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması kimi fundamental məsələlərin də səfər çərçivəsində müzakirə olunması gözlənilir".

Onun fikrincə, ikinci mühüm istiqamət isə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi məsələsidir:

"Vətən müharibəsində qazandığımız tarixi qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb. Prezident İlham Əliyev məhz bu yeni reallıqlara əsaslanaraq, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün ədalətli və hüquqa əsaslanan 5 prinsip təklif edib. Azərbaycan bu gündəliyi uğurla sona çatdırmağa yaxındır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
baku.ws

3Mənbələr