AZ

Problemi var, riskə getmək istəmirlər - “Sabah”la oyuna görə

“Levski” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la keçiriləcək ilk oyunda heyət itkisi ilə üzləşə bilər.

Sportinfo.azxəbər verir ki, “Tema Sport” nəşrinə istinadən xəbər verir ki, “Braqa” ilə əvvəlki qarşılaşmada zədə alan yarımmüdafiəçi Georgi Kostadinovun “Sabah”la oyunda iştirakı sual altındadır.

Tibbi personal futbolçunun sağalması üçün səylə çalışsa da, riskə getmək istəmədikləri, onun meydanda olmasının real görünmədiyi bildirilir.

“Levski” – “Sabah” oyunu avqustun 7-si Sofiyada, Georgi Asparuhov stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Seçilən
0
sportinfo.az

1Mənbələr