AZ

“Marsel” “Bayer”in futbolçusunu istəyir

“Marsel” “Bayer”in yarımmüdafiəçisi Amin Adlinin transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, Liqa 1 klubu 25 yaşlı mərakeşlinin transferi ilə bağlı artıq ilkin danışıqlar aparır. Futbolçu ilə “Vulverhempton” və “Sanderlend” də maraqlanır.

2024/25 mövsümündə Adli “Bayer”in heyətində 28 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Transfermarkt futbolçunun transfer dəyərini 18 milyon avro qiymətləndirir.

Seçilən
19
idmanxeber.az

1Mənbələr