AZ

FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qorudu

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan yığmasının da dünya reytinqindəki mövqeyi bəlli olub.

Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv 1300.4 xalla 74-cü sırada qalıb. Yəni, əvvəlki reytinqlə müqayisədə yığmanın mövqeyində dəyişiklik olmayıb.

Qeyd edək ki, reytinq cədvəlinə İspaniya seçməsi (2066,79) başçılıq edir.

 

Seçilən
55
4
idmanxeber.az

9Mənbələr