Tailand və Kamboca sərhəddəki gərginliyi aradan qaldırmaq üçün razılaşmanı təsdiqləyib .
Bu barədə Bloomberg Tailand təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.
“İki ölkənin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin Kuala-Lumpurda keçirilən görüşündə atəşkəs rejiminə ciddi riayət olunmasını təmin etmək və sərhəddə gərginliyi azaltmaq üçün tədbirlər kompleksi təsdiq edilib”, - nəşr yazır.
Thai PBS-nin məlumatına görə , tərəflər Təhlükəsizlik və Əməkdaşlıq Şurasının fövqəladə iclasında atəşkəslə bağlı 13 bənd üzrə razılığa gəliblər. Hər iki ölkənin nümayəndələri vəziyyətin həlli və sülhün bərqərar olması ümidi ilə anlaşma memorandumu imzalayıblar.