Məşhur türkiyəli idman şərhçisi Ümit Aktan vəfat edib.
Bu barədə "Qalatasaray" klubu "X" hesabında paylaşım edib və başsağlığı verib.
"Klubumuzun 14 152 qeydiyyat nömrəli üzvü, keçmiş futbolçumuz, Türkiyə idman mətbuatının dəyərli siması Ümit Aktanın vəfatını dərin hüznlə öyrəndik.
Gənc yaşlarında "Qalatasaray" altstrukturunda başlayan futbol yolu, təəssüf ki, uğursuz zədə səbəbindən yarımçıq qaldı. Ancaq onun idmana və futbola olan həvəsi heç vaxt azalmadı. 1972-ci ildə TRT-də başladığı şərhçilik karyerası ərzində səsi ilə ekranlarda iz qoydu və uzun illər boyu Türkiyə idman mətbuatında hörmət sahibi və sevilən bir sima olaraq qaldı.
Zərifliyi, biliyi və özünəməxsus üslubu ilə Ümit Aktan sadəcə şərhçi deyildi, idmana və insanlara dəyər qatan biri idi. Allah mərhuma rəhmət eləsin, ailəsinə, sevənlərinə, yaxınlarına, ictimaiyyətimizə və Türkiyə idman mətbuatına başsağlığı diləyirik", - deyə paylaşımda bildirilib.