AZ

Türkiyədə ağır qəza: Mikroavtobus aşdı, 6 rus turist...

Türkiyədə Kapadokiyada festivala gedən 6 rusiyalı turist yol qəzası nəticəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Karamanda baş verib - minik avtomobili və turistləri daşıyan mikroavtobus toqquşub. Zərbədən idarəetməni itirən mikroavtobus yol nişanlarına çırpılaraq aşıb. Qəza nəticəsində 6-sı rus olmaqla 8 nəfər xəsarət alıb.

Bütün zərərçəkənlər Karaman xəstəxanasına aparılıb.

Seçilən
12
publika.az

1Mənbələr