
Moskva Fond Birjası (MOEX) Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü ərəfəsində 4,5 faiz bahalaşıb.
Kremlin Putinlə Tramp arasında görüşlə bağlı razılıq əldə edildiyini açıqlamasının ardından MOEX 4,5 faiz dəyər qazanaraq 2888 bəndi keçib, dollara əsaslanan RTS indeksi də 4,5 faiz artaraq 1134 bənd olub.
Rusiya rublu da dollar qarşısında 0,79 faiz bahalaşıb, dollar/rubl məzənnəsi isə 79,45-ə düşüb.
Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov bu gün bəyan edib ki, yaxın günlərdə Putin və Tramp arasında sammitin keçirilməsi ilə bağlı ABŞ tərəfi ilə razılıq əldə olunub.