AZ

Ukrayna Silahlı Qüvvələri Rusiyanın cənubundakı əsas neft emalı zavodlarından birinə zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən Afipski Neft Emalı Zavoduna (NEZ) zərbə endirib.

Bu müəssisə ölkənin cənubundakı əsas strateji enerji obyektlərindən biri hesab olunur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücum Baş Kəşfiyyat İdarəsi və Pilotsuz Uçuş Sistemləri Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilib. Bildirilir ki, bu zərbə Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzünü təmin edən infrastruktur obyektlərinə qarşı koordinasiyalı əməliyyatın tərkib hissəsidir.

“Krasnodar diyarında yerləşən Afipski NEZ-in vurulması təsdiqlənib. Zavodun illik emal gücü 6,25 milyon ton təşkil edir ki, bu da Rusiyanın ümumi neft emalı həcminin 2,1 faizinə bərabərdir”, – deyə məlumatda qeyd olunur.

Zərbə nəticəsində qaz və qaz kondensatının emalı üçün nəzərdə tutulmuş texnoloji qurğu alovlanıb və ərazidə yanğın baş verib.

Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri işğalçı qüvvələrin digər mühüm obyektlərinə də zərbələr endirib. Həmin hücumların nəticələri dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
79
43
editor.az

10Mənbələr