AZ

Şeyx Məhəmməd Kremldə: Nələr müzakirə olunur?

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ ) lideri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Kremldə qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Vladimir Putin Kremldə BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. İkitərəfli görüş başlamazdan əvvəl BƏƏ prezidentinin rəsmi qarşılanma mərasimi və nümayəndə heyətlərinin təqdimatı olub", - məlumatda deyilir.

Bildirilir ki, danışıqlar zamanı tərəflər Rusiya-Əmirlik əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini, eləcə də aktual beynəlxalq problemləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti nəzərdən keçirməyi planlaşdırırlar.

Seçilən
32
publika.az

1Mənbələr