AZ

Hamiləliyə hazırlıqda kalsium niyə vacibdir?

Hamiləlikdən öncəki sağlamlıq vəziyyəti ana və uşaq sağlamlığı ilə birbaşa əlaqəlidir və bu təsirlər nəsillər boyunca davam edə bilər. Hamiləlik öncəsi dövr adətən hamiləlikdən əvvəlki 3 ay – bu dövrdə qadının qidalanması, hormonal balansı və maddələr mübadiləsi gələcək körpənin inkişafına təsir göstərir.

 

Pravda.az bildirir ki, bu dövrdə qadının sağlam və balanslı qidalanması, vacib qida maddələrinin, xüsusilə kalsiumun kifayət qədər qəbul olunması çox önəmlidir. Kalsium əzələ yığılması, sümük formalaşması, qan laxtalanması və hormonların fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. Kalsiumun çatışmazlığı fetusda inkişaf geriliyi, aşağı doğum çəkisi və zəif sümük quruluşuna səbəb ola bilər. Uşaqlarda raşitizm, böyüklərdə isə osteoporoz riski artır.

 

Hamiləliyi planlaşdıran qadınlara gündə ən azı 1000 mq kalsium qəbul etmələri tövsiyə olunur.

 

Kalsiumla zəngin qidalar: Az yağlı qatıq, konservləşdirilmiş qızılbalıq və sardina, pendir və düyü kimi qidalar kalsium baxımından zəngindir.

 

Qeyd: Hamiləlik öncəsi dövrdə düzgün qidalanma və kalsiumun optimal səviyyədə qəbulu, ana və körpənin sağlamlığı üçün mühüm rol oynayır.

 

Əminə Bayramova

Tarix: 7 Avqust 2025, 15:07   
Seçilən
46
pravda.az

1Mənbələr