AZ

Dilarə Kazımovadan sükan arxasında təhlükəli klip çəkilişi DYP dən açıqlama VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Müğənni Dilarə Kazımova klip çəkilişi zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Avtosfer.az xəbər verir ki, klip çəkilişi zamanı müğənni sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmir, əllərini sükandan çəkərək ayağa qalxır və başını avtomobilin lyukundan çıxarır. Onunla birlikdə avtomobildə olan sərnişin qadınlar da tez-tez yer dəyişərək, sükana əyləşib qaydalara zidd hərəkətlər ediblər. Bu görüntülər sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan və yol hərəkəti təhlükəsizliyi baxımından ciddi narahatlıq doğuran görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalara başlanılıb:

 “Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görüləcəkdir.

Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, sükan arxasında edilən hər bir məsuliyyətsiz addım – istər diqqətsizlik, istərsə də bilərəkdən, nümayişkəranə yol verilən hərəkət – nəinki özünüzün, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükə mənbəyidir.

Yol hərəkəti qaydaları cəmiyyətin ümumi təhlükəsizliyini təmin etmək üçün mövcuddur və bu qaydalara riayət etmək hər kəsin borcudur. Qaydaları pozaraq diqqət çəkməyə çalışmaq əvəzinə, onlara əməl etməklə nümunə olmaq və cəmiyyətə düzgün mesaj vermək daha məsuliyyətli vətəndaş mövqeyi sayılır.

Unutmayaq: yol – zarafat yeri deyil. Sükan arxasında məsuliyyətli olmaq, yalnız qaydalara əməl etməklə deyil, həm də şəxsi davranışlarla başqalarına nümunə olmaqla ölçülür”.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
avtosfer.az

1Mənbələr