Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Xətai rayonu, İlqar Zülfüqarov küçəsində qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Xoşagəlməz mənzərə avqustun 6-da saat 08:05 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 77-DQ-948 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Belə ki, o, maşını avtobus dayanacağının qarşısında park edərək ərazidən uzaqlaşıb. Nəticədə sürücülər avtobusu dayancaqdan kənarda saxlayaraq sərnişin mindirib-düşürüblər. İzləyicinin sözlərinə görə, qayda pozan sürücü ərazidən kənarlaşmamışdan öncə maşının yan güzgülərini bağlamağı da unutmayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.