Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kanadanın Aşkroft kəndində qeyri-adi hadisə baş verib: yanğın səmadan yerə düşən balıq səbəbilə başlayıb.
Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, yerli yanğınsöndürənlərin araşdırmasına görə, balığı naqilin üzərinə Amerika dəniz qartalı - orlan buraxıb. Nəticədə balıq elektrik xəttinin üzərinə düşərək qısaqapanmaya səbəb olub. Yaranan qığılcımlar isə xəttin altındakı quru otları alışdırıb.
Hadisə 30 iyul tarixində Aşkroftun 6 kilometr cənubunda baş verib. Alov 60x90 metrlik ərazini əhatə etsə də, zəif külək səbəbindən yanğın tez bir zamanda söndürülüb. Hadisə yerinə baxış zamanı yanğının gözlənilməz səbəbkarı - balıq aşkar edilib.
Yerli yanğınsöndürənlər zarafatla bildiriblər: "Bəlkə də orlan çiy balıqdan bezib və onu qızartma şəklində dadmaq istədi".
Onlar əlavə ediblər ki, hadisənin "baş şübhəlisi" sağ qalıb və azad şəkildə uçmağa davam edir.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.