Tayvan adası ətrafında 47 Çin hərbi təyyarəsi müşahidə edilib.
Publika.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin “X” hesabında açıqlama verilib.
Məlumata görə, Çinə aid təyyarələrdən 32-i Tayvan boğazında iki tərəfin təsir dairəsini ayıran orta xətti keçib. Həmçinin, Tayvanın “Hava Hücumundan Müdafiə Tanıma Zonası” (ADIZ) olaraq elan etdiyi bölgənin cənub-qərb və cənub-şərq hissələrində uçuş həyata keçirilib.
Qeyd edək ki, Pekin hələlik məsələ ilə bağlı açıqlama verməyib.