AZ

“Lev Yaşin” mükafatına namizədlər açıqlandı

BAKI, 7 avqust. TELEQRAF

“France Football” nəşri ilin ən yaxşı qapıçısına verilən “Lev Yaşin” mükafatına namizədləri açıqlayıb.

Teleqraf xəbər verir ki, siyahının birinci pilləsində İngiltərənin "Liverpul" klubunun qolkiperi Alisson yer alıb.

Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubunun üzvü Yassin Bunu və Fransa "Lill"inin oyunçusu Lyuka Şevale isə ilk "üçlük"də qərarlaşıb.

Sentyabrın 22-də Parisdə keçiriləcək “Qızıl top” mərasiminə namizədlərin siyahısı belədir:

1.Alisson Becker – “Liverpul” (İngiltərə)
2.Yassin Bunu – “Əl-Hilal” (Səudiyyə Ərəbistan)
3.Lyuka Şevale – “Lill” (Fransa)
4.Tibo Kurtua – “Real Madrid” (İspaniya)
5.Canluici Donnarumma – PSJ (Fransa)
6.Emiliano Martines – “Aston Villa” (İngiltərə)
7.Yan Oblak – “Atletiko Madrid” (İspaniya)
8.David Raya – “Arsenal” (İngiltərə)
9.Mats Sels – “Nottingem Forest” (İngiltərə)
10.Yann Sommer – “İnter” (İtaliya)

Qeyd edək ki, “Lev Yaşin” trofeyi 2019-cu ildən təqdim olunur. Bu mükafatı indiyədək Alisson, Donnarumma, Kurtuavə iki dəfə Emiliano Martines qazanıb.

Seçilən
78
teleqraf.com

1Mənbələr