AZ

Kənd qeydiyyatında olan uşaqlar şəhərdəki məktəblərdə təhsil ala bilərmi?

Kənd qeydiyyatında olan uşaqları şəhərdəki məktəblərə qoymaq mümkündür.

News24.az xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli MÜTDA-nın canlı yayımında deyib.

O bildirib ki, ilkin qaydada prioritet tətbiq edilən məktəblər var idi, bu vaxtı qeydiyyat ünvanı əsasında qəbul həyata keçirilirdi.

"Yəni qeydiyyatdan keçən uşaq və ya valideyinin qeydiyyat ünvanı, seçilən məktəbin ünvanı ilə üst-üstə düşməli idi. İndiki qaydada isə bu sərbəst qaydada həyata keçirilir. Boş yer olduğu halda valideyin daxil olub həmin məktəb üçün sorğusunu yerləşdirə bilər",- deyə o əlavə edib.


Seçilən
73
14
news24.az

10Mənbələr