AZ

Xaçmazda ilk dəfə “Şaftalı” festivalı keçirilir

Xaçmaz, 7 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda “Aqrar Biznes” və “Şaftalı” festivalları keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xudat şəhərindəki “Food City Agrocomplex”inin ərazisində keçirilən festivalların əsas məqsədi ailə kəndli təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təşviqidir. Festival yerli istehsalçıların məhsullarının tanıdılması və kənd təsərrüfatının inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

“Şaftalı” festivalında rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları məhsullarını nümayiş etdirir, birbaşa satış həyata keçirirlər.

“Aqrar Biznes” festivalı çərçivəsində isə ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətləri öz məhsullarını, dövlət qurumları isə göstərdikləri xidmətləri nümayiş etdirirlər. Ziyarətçilər müasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları, toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.

 

Seçilən
32
azertag.az

1Mənbələr