ABŞ Prezidenti Donald Trampın ətrafındakı şəxslər Rusiya ilə Avropa ölkələrinin razılığı əsasında gizli atəşkəs təklifi irəli sürüblər. Bu barədə Polşanın Onet nə.ri məlumat verib.
Əsas şərtlərə - Sülh deyil, yalnız atəşkəs, Rusiya tərəfindən işğal olunmuş ərazilərin faktiki tanınması, rəsmi danışıqların 49–99 il təxirə salınması, əksər sanksiyaların ləğvi və Rusiya neft-qazının Aİ-yə nəqlinin bərpası, NATO-nun genişlənməsinə dair heç bir öhdəliyin verilməməsi, ABŞ-ın Ukraynaya hərbi yardımının davam etməsi (Rusiya üçün qəbuledilən sayılır) daxildir.
Rusiyanın bu təklifə necə cavab verəcəyi hələ bəlli deyil.
N.Təbrizli