AZ

Rusiyada BMP-3-lər üçün hazırlanan yeni mühərrik sınaqdan keçirilib

Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasına daxildir) BMP-3 piyada döyüş maşınları (PDM) üçün nəzərdə tutulan yeni UTD-32T dizel mühərriklərinin sınaq nümunələri üzərində ilkin testləri həyata keçirib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.

Bildirilib ki, yeni dizel mühərrik turbokompressorla və ventilyatorlu soyutma sistemi ilə təchiz olunub. Bu mühərrik BMP-3 üçün əvvəlki model ilə müqayisədə artırılmış fırlanma anına və daha yüksək gücə malikdir.

Eyni zamanda, yeni mühərrikin kütləsi əvvəlki mühərrik ilə müqayisədə cəmi 7% artıb. Bu cür xüsusiyyətlər döyüş maşınının yüksək xüsusi gücünü təmin edir və BMP-3-ə müxtəlif əlavə sistemlərin, o cümlədən mühafizə elementlərinin quraşdırılması zamanı bu gücü qorumağa imkan verir.

Eyni zamanda, yeni mühərrik əvvəlki ilə müqayisədə cəmi 7% daha ağırdır. Buna baxmayaraq, sözügedən mühərrik BMP-3-ün yüksək gücünü qoruyur və əlavə avadanlıqların, müdafiə sistemlərinin quraşdırılmasına imkan verir.

Seçilən
56
poliqon.az

1Mənbələr