AZ

Tailand və Kamboca sərhəd gərginliyinin tənzimlənməsi ilə bağlı razılığa gəliblər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Tailand və Kamboca nümayəndələri Kuala-Lumpurda keçirilən danışıqların yekununda sərhəddəki gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə Tailand hökumətinin "X" sosial şəbəkəsində yayımladığı rəsmi bəyanatda bildirilir.

Bəyanata əsasən, iki ölkə arasında sərhəd vəziyyətinin tənzimlənməsi üzrə birgə komitənin iclası uğurla başa çatıb. Görüşün nəticəsi olaraq, tərəflər atəşkəs rejiminə əməl olunmasını təmin edən 13 bəndlik sazişə razılıq veriblər.

Hər iki ölkənin nümayəndələri, həmçinin sərhəddə sabitliyin qorunması və sülhün bərpasına yönəlmiş xüsusi protokolları da imzalayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
oxu.az

1Mənbələr