AZ

Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 % artıb

 

Bu ilin I yarısında Iqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında 65,6 milyon manatlıq məhsul istehsal olunub.

Missiya.Az agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 55 % çoxdur.

İndiyə qədər Parkda investisiya dəyəri 186 milyon manatdan çox olan 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar Parka 64 milyon manat investisiya yatırıb, 576 nəfərlik daimi iş yeri yaradıblar.

"Hacıqabul Sənaye Parkı Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında əhəmiyyətli rol oynayır. Belə ki, Parkda indiyə qədər 345,6 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 5,4 milyon manatlıq hissəsi ixracın payına düşüb", - məlumatda qeyd olunub.

Seçilən
39
12
missiya.az

10Mənbələr