ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya gəlməlidir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov jurnalist Aleksandr Yunaşevlə söhbətində bildirib.
Kadırov bildirib ki, iki ölkənin liderləri “Rusiya və Ukraynanın dövlət məsələsini” müzakirə etməyə hazırlaşırlar, ona görə də danışıqların Moskvada keçirilməsi ən yaxşı seçim olardı.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva və Vaşinqton artıq Vladimir Putinlə Donald Trampın görüşünün yeri barədə razılığa gəliblər. Kreml bunun dəqiq harada keçiriləcəyini daha sonra açıqlayacaq. BƏƏ prezidenti Mohammed bin Zeid Al Nahyan ilə görüşdə Putin amerikalı həmkarı ilə görüş üçün Əmirlikləri münasib yerlərdən biri adlandırıb.
Serbiya, İsveçrə, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Vatikan da danışıqlar üçün mümkün yerlər kimi göstərilir.