AZ

Qəzzalı ana qızının paltarlarını satmağa məcbur qaldı

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İsrail əsgərlərinin yardım məntəqəsinə hücumu nəticəsində həyatını itirən 15 yaşlı Qazel əl-Fərəməvinin anası, qalan 6 övladını doyurmaq üçün qızının paltarlarını satmağa məcbur olub.

Bakıvaxtı.az xəbər verir ki,  uşaqların anası Səfa əl-Fərəməvi bildirib ki, qızını saatlarla axtardıqdan sonra onun kəfənə bükülmüş cəsədini tapıb.

O, hazırda çadırda yaşayır və digər qızının da yardım axtararkən yaralandığını deyir.

Səfa əl-Fərəməvi yardım məntəqələrində insan ləyaqətinin tapdalandığını, qadınların təhqirə məruz qaldığını vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların əvvəlki kimi ləyaqətli yardım mexanizmləri bərpa olunmalıdır.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
bakivaxti.az

1Mənbələr