AZ

Lev Yaşin mükafatına 10 namizəd - SİYAHI

Dünya futbolunda ilin ən yaxşı qapıçısına təqdim edilən Lev Yaşin mükafatına namizədlərin siyahısı açıqlanıb.

90deqiqe.Az xəbər verir ki,namizədlər siyahısına aşağıdakılar daxildir:

Alisson (Liverpul), Yassine Bounou (Əl-Hilal), Lukas Şevalier (PSJ), Tibo Kurtua (Real Madrid), Canluici Donnarumma (PSJ), Emiliano Martinez (Aston Villa), Yan Oblak (Atletiko Madrid), David Raya (Arsenal), Mats Sels (Nottingem Forest) və Yan Sommer (İnter).

Qeyd edək ki, mükafat mərasimi Ballon d'Or mərasimi ilə eyni vaxtda keçirilir.

2024-cü ildə "Aston Villa"dan Emiliano Martinez ən yaxşı qapıçı kimi tanınıb. Lev Yaşin mükafatının ilk qalibi Alisson Bekkerdir.

Seçilən
79
90deqiqe.az

1Mənbələr