AZ

Donald Tramp "Intel" rəhbərinin istefasını tələb edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “Intel” şirkətinin baş direktoruLip-Bu Tanın dərhal istefa verməsini tələb edib.

Trend xəbər verirki, Trampın müvafiq bəyanatı onun “Truth Social” sosial şəbəkəhesabında dərc olunub.

“Intel-in baş direktoru maraqların ciddi şəkildə toqquşmasıvəziyyətindədir və dərhal istefa verməlidir. Bu problemin başqahəlli yoxdur. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkküredirəm”, – Tramp bəyan edib.

Trampın çağırışı, ABŞ hakimiyyət orqanlarının Intel rəhbərininÇin texnoloji sektoru ilə əlaqələrinə artan diqqəti fonundasəslənib. Bu həftə respublikaçı senator Tom Kotton “Intel”inDirektorlar Şurasına müraciət edərək Lip-Bu Tanın Çinlə olanmaliyyə və biznes əlaqələrinin mahiyyəti və miqyası ilə bağlıizahat tələb edib.

KİV-lər yazır ki, Lip-Bu Tan 1987-ci ildə təsis etdiyi "WaldenInternational" adlı vençur fondu vasitəsilə, həmçinin Honqkonqdaqeydiyyatdan keçmiş "Sakarya Limited" və "Seine Limited" kimiəlaqəli qurumlar vasitəsilə onilliklər ərzində Çin şirkətlərinəsərmayə yatırıb.

Məqalədə:
Seçilən
34
3
az.trend.az

4Mənbələr