AZ

"Səbail"in ukraynalısı Asiya təmsilçisinə keçdi

"Səbail"in sabiq oyunçusu Dmitro Litvin özünə yeni klub tapıb. 

Fanat.Az xəbər verir ki, ukraynalı müdafiəçi karyerasını Malaziyada davam etdirəcək. 

28 yaşlı futbolçu "Kuala Lumpur"la anlaşıb. 

Qeyd edək ki, Litvin ötən yay Bayıl təmsilçisinə Portuqaliyanın "Lusitaniya" klubundan gəlmişdi. "Dənizçilər"in heyətində 3 nömrəli formada çıxış edən müdafiəçi "Səbail"dən elitanı tərk etdikdən sonra ayrılıb.

Mirağa

Seçilən
22
1
fanat.az

2Mənbələr