AZ

Şəkidə kərpic zavodunun ərazisi 1 milyon manata özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.

Hərracda satılan dövlət əmlakının siyahısı ilə https://shorturl.at/NyeTm linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 12 və 19 avqust tarixlərində keçiriləcək. Hərraca çıxarılan əmlak siyahısı ilə https://shorturl.at/coCpP linki vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
24
14
aznews.az

10Mənbələr