AZ

Həftənin QƏLƏBƏSİ - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxıb. Ağdam təmsilçisi turnirin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb. 18-ci dəqiqədə “Qarabağ” hesabı  açıb. Toral Bayramov penaltidən fərqlənib. Qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

 

Həftənin KURYOZU

Dünyaşöhrətli müğənni Cennifer Lopezin başına İstanbulda kuryoz hadisə gəlib. Konsert üçün Türkiyəyə gedən sənətçini İstinye Parkdakı “Chanel” mağazasında tanımayıblar. Bu da az imiş kimi, Lopezə mağazanın müştərilərlə tam dolu olduğu əsas gətirilərək, onun içəri girməsinə şərait yaradılmayıb. Onun kimliyini sonradan öyrənən mağaza rəhbərliyi müğənnini təzədən obyektə dəvət etsə də, bu dəfə Lopez təklifi rədd edib.

 

Həftənin HEYKƏLİ

İyulun 29-u Xankəndidə erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, abidənin sökülməsi ilə bağlı qərar 2023-cü ildə verilib. Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.

 

Həftənin KOMANDANI

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib. Hafta.az “TRT Haber”ə istinadən xəbər verir ki, onun yerinə Quru Qoşunları komandanı Selçuk Bayraktaroğlu təyin edilib. 64 yaşlı M.Gürak 2023-cü ilin avqustunda sözügedən vəzifəyə təyin edilmişdi.

 

Həftənin OLAYI

Serbiyanın dövlət investisiyaları naziri, hakim Serbiya Tərəqqi Partiyasının idarəetmə şurasının rəhbəri Darko Qlişiç efirdə çıxış edərkən insult keçirib. Hadisə səhər saatlarında ölkənin “Pink TV” telekanalının efirində qeydə alınıb. Xəstəxanaya çatdırılan 52 yaşlı Qlişiçin vəziyyətinin ağır olduğu bildirilir. Serbiya Prezidenti Aleksandr Vuçiç məmurun vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya gedib.

 

Həftənin HƏBSİ

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.  Bu barədə məlumatı TASS-a siyasətçinin vəkili Nataliya Bayram açıqlayıb. Bildirilib ki, məhkəmə Qutsulu “Şor” müxalif partiyasının maliyyələşdirilməsində qayda pozuntularına yol verməkdə təqsirli bilib. Vəkilin sözlərinə görə, Qutsul məhkəmə zalından birbaşa həbsxanaya göndəriləcək.

 

Seçilən
21
hafta.az

1Mənbələr