AZ

Ukraynada Azərbaycan qazının tədarük olunduğu qaz kəməri işini bərpa edib

Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.

“İki sahil” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.

"Tədarük əvvəlki qaydada həyata keçirilir. Cümə axşamı Rumıniya ilə sərhəd yaxınlığında yerləşən "Orlovka" vasitəsilə 0,42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operatorun nümayəndəsi bildirib.

Xatırladaq ki, Rusiya Ukraynanın cənubunda Odessa vilayətində ABŞ və Azərbaycandan LNG idxalı üçün istifadə olunan qaz kompressor stansiyasına zərbə endirib. "Orlovka" Yunanıstan LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir. Kiyev bu marşrutu son dərəcə vacib adlandırıb, çünki o, Yunanıstan və Türkiyə terminallarından LNG-yə, Azərbaycan və Rumıniya boru kəməri qazına və potensial olaraq Bolqarıstan dəniz qazına çıxış təmin edir.

Keçən ay Ukrayna ilk dəfə olaraq Transbalkan marşrutu ilə Azərbaycan qazının test tədarükünü həyata keçirdi və Azərbaycan enerji şirkəti SOCAR-dan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan etdi.

Seçilən
18
9
ikisahil.az

10Mənbələr