525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə bildirib ki, Rusiya lideri Vladimir Putin sülh danışıqlarına açıqdır, bir şərtlə ki, ərazi mübadiləsi məsələsi də gündəlikdə olsun.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Dünən Tramp deyib ki, yaxın gələcəkdə Vladimir Putin və Vladimir Zelenski ilə görüşmək üçün çox yaxşı şans var.
Bir neçə məlumatlı mənbənin bildirdiyinə görə, bir gün əvvəl Avropa liderləri ilə telefon danışığı zamanı Tramp Ukraynada atəşkəsin mümkünlüyü barədə müsbət fikirlər səsləndirib. Həmçinin söyləyib ki, Putin sülh danışıqlarına açıqdır, amma bir şərtlə ki, onlar ərazi mübadiləsi məsələlərini də müzakirə etsinlər.
“Ərazi mübadiləsi” dedikdə konkret nə nəzərdə tutulduğu açıqlanmayıb. Lakin bu kontekstdə “Bloomberg” xatırladır ki, Putin əvvəllər Ukraynanın Krım yarımadasına, eləcə də şərq və cənub vilayətləri Donetsk, Luqansk, Zaporojya və Xersona iddiasını irəli sürüb.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.