AZ

Polşada deportasiya proseduru sadələşdirilir

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Polşa hökuməti ölkənin mövcud miqrasiya qanunvericiliyinə bir sıra düzəlişləri nəzərdə tutan qanun layihəsini təsdiq edib. Sənəd bəzi prosedurları, o cümlədən deportasiyanı sadələşdirir.

525.az xəbər verir ki, bu barədə “InPoland” nəşri yazıb.

Eyni zamanda, əcnəbilərin müvəqqəti və daimi yaşamaq icazəsi almaq üçün müraciətləri zamanı təqdim etdikləri sənədlərin yoxlanılması prosedurlarının optimallaşdırılması təklif edilir. Dəyişikliklərin səbəblərindən biri də bəzi vasitəçilərin sui-istifadəsini məhdudlaşdırmaqla bağlıdır.  Beləliklə, Moduł Obsługi Spraw - MOS II elektron sistemi vasitəsilə ərizələri elektron şəkildə təqdim etmək mümkün olacaq.

Bu, nəinki vasitəçilərin sui-istifadəsini aradan qaldıracaq, həm də saxta müraciətlərin müəyyən edilməsi qaydasını sadələşdirəcək və cəlb edilmiş Polşa dövlət orqanları arasında məlumat mübadiləsini təkmilləşdirməklə bütün prosedurun müddətini azaldacaq.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr