İspaniya mətbuatında Arda Gülərlə bağlı maraqlı məqalə dərc olunub.
Fanat.Az xəbər verir ki, İspaniyanın məşhur idman qəzeti “AS” son nəşrində gənc futbolçu haqqında “El Nuevo Güler” (Yeni Güler) başlıqlı məqalə dərc edib.
Məqalədə bildirilir ki, futbolçu Madridə transfer olunduğu gündən bu yana əhəmiyyətli dəyişikliyə imza atıb.
Cəmi iki il ərzində 10 kiloqram əzələ yığaraq fiziki baxımdan daha güclü və dayanıqlı futbolçuya çevrilib. Bu dəyişimin təsadüfi olmadığı da vurğulanır.
Arda Gülər hazırda şəxsi məşq proqramı ilə yanaşı, xüsusi komanda ilə də işləyir. Onun gündəlik həyatında bir fizioterapevt və şəxsi aşpaz yer alır.
Kamil Xudiyev