525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Elə məqamlar olur ki, abituriyent səhv ixtisas seçimi etdiyinə görə dövlət sifarişi ilə oxumaq şansı olduğu halda, ödənişli əsaslarla ali məktəbə qəbul olur. Belə halların yaşanmaması üçün vacibdir ki, bu istiqamətdə peşəkar mütəxəssislərdən rəy, fikir alsınlar ki, dövlət sifarişi üzrə daha uyğun, normal ixtisaslara, universitetlərə qəbul ola bilsinlər".
Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi bildirib. O qeyd edib ki,
belə hallarda müşahidə edirik ki, valideynlər dövlət sifarişi üzrə yer ayrılmasına baxmayaraq, özəl universitetlərdə təhsil almağa razı olmurlar: "Halbuki abituriyent dövlət universitetində ödənişli əsaslarla oxuyacağına, özəl universitetlərdə dövlət sifarişi əsasında təhsil ala bilər. Onsuz da hər iki halda dövlət büdcəsindən həmin tələbənin maliyyələşməsi həyata keçirilir. Bu faktları valideynlər və abituriyentlər bilmədiklərinə görə mütəxəssislərdən məsləhət almaq vacibdir".
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.