Belarus Polşa və Baltikyanı ölkələrin aqressiv münasibətindən narahatdır.
Ölkə.Az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko BelTA agentliyinə açıqlamasında bildirib.
“Ən çox narahat edən məqam odur ki, qonşularımız – Polşa və Baltik ölkələri Belarusla bağlı olduqca aqressiv mövqe sərgiləyirlər. Təzyiqlər bütün istiqamətlərdə hiss olunur. Ən çox bu təzyiqləri xüsusi xidmət orqanlarımız hiss edir”, – deyə dövlət başçısı izah edib.
Lukaşenkonun sözlərinə görə, məhz bu səbəbdən Minsk ilk növbədə Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) və bütövlükdə güc strukturlarının fəaliyyətinə xüsusi diqqət yetirir.