AZ

Günəşdə gün ərzində ikinci güclü partlayış baş verdi

Avqustun 7-də Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə (M) aid ikinci partlayış qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Avqustun 7-də Moskva vaxtı ilə saat 14:31-də (Bakı vaxtı ilə 15:31 - red.) rentgen diapazonunda 4168 (N03W32) Günəş ləkələri qrupunda 68 dəqiqə davam edən M3.9 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Bundan əvvəl avqustun 7-də səhər saatlarında M2.2 partlayışı baş vermişdi.

Milli.Az

Seçilən
10
4
milli.az

6Mənbələr