AZ

Tramp Putinə şərt qoydu - Zelenski ilə görüşə razı olmasa...

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün görüş üçün şərt irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.
 

Ağ Ev bu görüşün yalnız bir halda baş tuta biləcəyini bildirib, əgər Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə razılıq verərsə.


“Putin Zelenski ilə görüşməlidir ki, Trampla görüş baş tutsun. Görüşün yeri hələ müəyyən olunmayıb”, – deyə Ağ Ev nümayəndəsi qəzetə bildirib.

Bu, o deməkdir ki, Tramp Putinlə birbaşa dialoqu yalnız o halda mümkün sayır ki, Kreml rəhbəri Ukrayna tərəfi ilə də danışıqlara açıq olduğunu nümayiş etdirsin. Ağ Evin bu mesajı Rusiya-Ukrayna müharibəsində Vaşinqtonun balanslı və diplomatik çıxış yolu axtarışına sadiq qalmaq istədiyini göstərir.

Bizim.Media

Seçilən
144
50
bizim.media

10Mənbələr