Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Suriyaya səfəri çərçivəsində Suriya Prezidenti Əhməd əl-Şaraa tərəfindən qəbul olunub.
Publika.az xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.
Bildirilib ki, görüşdə, Əsəd rejiminin devrilməsindən sonra keçən 8 ay ərzində Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə əldə olunan irəliləyişlər müzakirə edilib.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələsi diqqət mərkəzində olub.